Çin Ukraynadakı müharibənin “nəzarətdən çıxmasından” “dərin narahatdır”.
"Unikal" xəbər verir ki, bunu Çinin xarici işlər naziri Qin Qang Pekində Lantinq Təhlükəsizlik Konfransında deyib.
"Çin münaqişənin davam edən gərginləşməsindən və vəziyyətin nəzarətdən çıxma ehtimalından dərin narahatdır. Biz aidiyyatı ölkələri Çini günahlandırmaqdan və "bu gün Ukrayna, sabah Tayvan" ritorikasını yaymağı dərhal dayandırmağa çağırırıq", - çinli diplomat bildirib.
Qeyd olunur ki, Qin Qanın bəyanatı Çinin baş diplomatı Van Yinin bu həftə Moskvaya səfəri fonunda verilib.
Gülayə Mecid