Belarusda parlamentində dövlətə xəyanətə görə məmurların edam edilməsinin mümkünlüyü haqqında qanun layihəsi ikinci - yekun oxunuşda qəbul edilib.
"Unikal" xəbər verir ki, bu barədə respublika parlamentinin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.
Qanun layihəsinin qüvvəyə minməsi üçün parlamentin yuxarı palatası onu təsdiq etməli və prezident tərəfindən imzalanmalıdır.
"Qanun layihəsində "Dövlətə xəyanət" maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş dövlət vəzifəsini tutan vəzifəli şəxslərə və hərbi qulluqçu statusuna malik şəxslərə qarşı müstəsna cəza tədbiri kimi ölüm hökmünün tətbiqi imkanları nəzərdə tutulub", - məlumatda deyilir.
Ağarza Elçinoğlu