İran, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəsmilərinin 84 faiz saf uranı zənginləşdirməsi ilə bağlı iddiaların ardınca dünəndən etibarən ölkəyə səfər edərək araşdırmalar apardığını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə İran Atom Enerjisi Agentliyinin prezidenti Məhəmməd İslami paytaxt Tehranda keçirilən Nazirlər Şurasının iclasında deyib.
ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra İranın müqavilədəki öhdəliklərini dayandırdığına diqqət çəkən İslami bunun çoxtərəfli bir razılaşma olduğunu, lakin ABŞ-ın nə öhdəliklərini yerinə yetirdiyini, nə də tərəflərin əməkdaşlıq etməsinə icazə vermədiyini bildirib.