İranda Urmiya gölü qurumaqdan son anda xilas olub.
"Unikal" xəbər verir ki, gölə illər sonra ilk dəfə su nəql olunub. Bundan sonra Urmiya gölündə su səviyyəsi qismən qalxıb.
Məlumata görə, buna səbəb İran prezidenti İbrahim Rəisinin layihəsi olub. Belə ki, keçən həftə Urmiya gölünə böyük su nəqli layihəsinin açılışından sonra bu tuneldən buraxılan su bir neçə gündən sonra Urmiya gölünə daxil olub.
Bu plan Urmiya gölünün bərpası üçün təsdiq edilmiş 26 layihədən biridir.
Ağarza Elçinoğlu