Ermənistan Baş naziri Nikol Paşinyan gələn həftə Vaşinqtonda baş tutacaq Azərbaycanla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin əsas məqsədini açıqlayıb.
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclasında danışıb.
Onun sözlərinə görə, Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq niyyəti ilə gedəcək:
"Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq və tezliklə sülh müqaviləsini imzalamaq niyyəti ilə səfər edəcək".