İsrail ordusunun zərbəsi nəticəsində HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin böyük nəvəsi Camal Məhəmməd Haniyə öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat yayıb.
Camal Məhəmməd Haniyə Qəzza şəhərində bu həftənin əvvəlində dağıdılan binada olub və onun cəsədi bu gün dağıntılar altından çıxarılıb.
On gün əvvəl Qəzzada HƏMAS lideri İsmayıl Haniyənin qız nəvəsi Rua Hammam öldürülmüşdü. O, tələbə olub və Əl-Buraq məktəbində gizlənirdi.
İsrailin zərbəsinin hədəfi həmin binada olan HƏMAS komandiri Nasser Raduan olub.
Nuranə Abbasova