Leninqrad vilayətində Ukraynadakı müharibədən qayıdan “Vaqner” özəl hərbi şirkətinin keçmiş döyüşçüsü qadını öldürüv və onu parçalayıb. Bundan sonra o, qadının qalıqlarını iki çamadanda gizlədib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Bildirilir ki, itkin düşən Leninqrad vilayətinin Nikolskoye kənd sakininin 20 yaşlı qızı bu yaxınlarda polisə müraciət edib. Aprelin 21-nə keçən gecə cinayət-axtarış əməkdaşları cinayətin baş verdiyi mənzilə gəliblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları 42 yaşlı Aleksey Serovu saxlayıblar. Onlar mənzildə qadının qalıqları olan çamadan da tapıblar. Kişi axtarış zamanı ikinci çamadanı pəncərədən atıb.

"Serov tezliklə mübahisədən sonra qadını necə parçaladığını etiraf etdi", - məlumatda deyilir.