Ağstafada külək parkda ağacı aşırdıb,xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, axşam saatlarında əsəməyə başlayan güclü külək Ağsatafa şəhərin mərkəzində yerləşən iri gövdəli ağacı aşırdıb. Bu zaman parkda istirahət edən 1948-ci il təvəllüdlü Tahir Abbasov və 1962- cı il təvəllüdlü İlham Rzayev müxtəlif bədən xəsarəti alıb. Bundan başqa rayonun Dağkəsəmən kəndində fermada ağacın aşması nəticəsidə 2006-cı il təvəllüdlü Elcan Əlibalayev də xəsarət alıb. Hər üç xəstə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Göygöl rayonun Çaylı kəndində isə güclü külək evin dam örtüyünü aşırdıb. Nəticədə ev sahibi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hazırda qərb bölgəsidə qeyri sabit hava şəriti hökm sürür.

XXX

19:14

Güclü külək Gəncədə də fəsadlar törədib

"Unikal" xəbər verir ki, bu gün axşam saatlarında əsməyə başlayan külək şəhərin bir neçə küçələrində iri gövdəli ağacları aşırıb.

Həmçinin, Nizami Gəncəvi prospektində yerləşən obyektlərdən birinin dam örtüyü uçub. Nəticədə prospekt bağlanlb.

Hazırda küləkli hava şərati davam edir.

*** 18:30

Qazaxda güclü külək fəsadlar törədib.

"Unikal" xəbər verir ki, axşam saatlarında Qazax şəhərində yağışla müşayiət olunan güclü  külək  parkda bir neçə ağacı aşırıb.

Hazırda rayon ərazisində hava şəraiti sabitdir.

Tural Əhmədov