Astanada "Xan Şatır" ticarət-əyləncə mərkəzinin yaxınlığında yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğının söndürülməsinə çoxsaylı texnika və şəxsi heyət cəlb olunub.

Hadisə yerində operativ qərargah yaradılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri 1-i uşaq olmaqla 8 nəfəri təxliyə ediblər.

 ***14:34

Qazaxıstanın paytaxtı Astana şəhərində yaşayış binasında və hoteldə yanğın baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yanğının söndürülməsinə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.