İyulun 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
Nazirliyin Mətbuat xidməti idarəsindən "Unikal"a bildiriblər ki, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.