"Bəziləri deyir deputatın yaşı 60-ı keçdi çıxdaş olub getməlidir. Bir çoxları deyirlər ki, təcrübəsi olan insanların olması daha yaxşı olardı ki, onların zəngin təcrübəsi var. Müxtəlif yanaşmalar var. İnsanların yanaşmalarına sədd çəkmək olmaz".
Bunu "Unikal"a açıqlamasında deputat Tahir Rzayev deyib. O bildirib ki, parlamentdə kifayət qədər gənc təmsil olunur:
"Milli Məclisin deputatlarının yarısı gənclərdir. Bu gənclər müəyyən qədər təcrübə öyrənməlidirlər. Dünya ölkələrinin parlamentlərinin işinə diqqət yetirsək, eləsi var 90 yaşında deputatdır. Yəni, 35-40 ildir parlamentdədir. Seçkini insanlar müəyyən edir. Bu məsələ kiminsə yanaşması ilə həll olunmur. Təəssüflər olsun ki, bizdə yerindən duran adamların əksəriyyəti parlamentin yaşlandığını deyir. Parlamentdə müəyyən insanlar var ki, yaşı 70-i ötüb. Əksəriyyəti isə gənclərdir. Bəzilərinin yaşlı nəsilə belə baxışı məndə təəccüb doğurur. Elə bil ki, bunlar yaşlanmayacaq. Parlamentdə hər yaş qrupundan şəxs olmalıdır. Əsas meyar parlamentin fəaliyyətində, qanunvericilik prosesində fəal iştirak etməkdir. Gənc və ya yaşlı olsun, bu prosesdə fəal iştirak etmirsə, demək ki, vəzifəsini yerinə yetirə bilmir".
Anar Kəlbiyev