UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında 90 dəqiqə başa çatıb.

"Unikal" xəbər verir ki, "Dalğa Arena"dakı matçın əsas vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.

Görüşdə hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq.

Qeyd edək ki, Bakı klubu qarşılaşmanı 10 nəfərlə davam etdirir. 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə ilə cəzalandırılıb.

XXX

21:20

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında ikinci qol vurulub.

"Unikal" xəbər verir ki, "Dalğa Arena"dakı matçda qonaqlar hesabı bərabərləşdirib - 1:1.

54-cü dəqiqədə Əyyub Allaş "status-kvo"nu bərpa edib.

"Qartallar" görüşün ikinci hissəsini 10 nəfərlə davam etdirir. Rəşad Sadıqovun komandasının heyətində 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə ilə cəzalandırılıb.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib

 

XXX

20:07

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında hesab açılıb.

"Unikal" xəbər verir ki, "Dalğa Arena"kı matçda Bakı klubu hesabda önə çıxıb.

6-cı dəqiqədə Rafael Utziq fərqlənib.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib