Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Unikal" xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/4 final mərhələsində Peter Palçik (İsrail) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev yarımfinala yüksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

*** 13:14

Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Unikal" xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən son dünya çempionu 1/8 finalda polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Z.Kotsoyev 1/4 finala yüksəlib.

Qeyd edək ki, Paris olimpiadasında Azərbaycanın aktivində hələlik bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.