Ankarada baş verən yol qəzasında ölü və yaralıların sayı açıqlanıb.

"Unikal" xəbər verir ki, 9 nəfərin öldüyü, 26 nəfər yaralandığı bildirilib.

***09:24

Türkiyənin Ankara şəhərində sərnişin avtobusu körpünün dirəyinə çırpılıb. Hadisə nəticəsində çox sayda ölən və yaralananlar var.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, qəza 06:00 radələrində Ankaranın Polatlı rayonunda baş verib. Hadisəyə səbəb kimi sürücünün sükan arxasında yuxulaması olduğu ehtimal edilir.

Bölgəyə çoxlu sayda yanğınsöndürmə, axtarış-xilasetmə və tibbi qruplar cəlb edilib.

Zərifə Nağıyeva