İranın yeni prezidenti Məsud Pezeşkian İran yerli telekanalların birində açıqlaması ilə diqqət çəkib.

"Unikal" xəbər verir ki, bu barədə İran teleqram kanalları paylaşım edib. 

Belə ki, İranın yeni lideri çıxışında "Mənə işləməyə imkan vermirlər",- deyə bildirib.

Görüntülərdə, Pezeşkian hakimiyyət daxilində müəyyən bir qruplaşmanın onu ləkələməyə çalışdığını və işləməyə mane olduğunu dilə gətirib. "Ölkədə motivasiya yoxdur, bizə çalışmağa imkan vermir, oyuna buraxmırlar. Ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər, ona görə ki, bu kadrlar işə cəlb olunduqları halda sözügedən hakimiyyətdaxili qruplar kölgədə qalacaq, güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər", - deyə Pezeşkian bildirib.

Pezeşkianın sözlərinə görə, dəyişiklik üçün yeni plan hazırlanmalıdır. O, ölkədə insanların çətinlik içərisində yaşadıqlarını vurğulayıb: “Xalq bizim sözlərimizdən uzaqdır, söz vermişik amma yerinə yetirmirik və bizim riyakarlığımızdan qorxur, verdiyimiz yalan vədlərə görı bizdən narazıdır”. İran prezidenti HƏMAS liderinin ölkədə öldürülməsinə görə hökuməti tənqid edib.

O, qeyd edib ki, hökumətin ayırdığı pulların hara getdiyi də bəlli deyil.

Zərifə Nağıyeva