Sumqayıt şəhərində iki qardaş arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onlardan birinin xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, hadisə ilə bağlı araşdırma başlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

***09:50

Sumqayıtda qardaş qardaşı bıçaqlayıb.

"Unikal" verir ki, hadisə şəhərin 1-ci məhəlləsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Cabbarov Səxavət Nəbi oğlu münaqişə zəminində qardaşı, 1971-ci il təvəllüdlü Cabbarov Elşən Nəbi oğluna bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.