İsrailin Beyruta endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 8-ə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. 

Hazırda 59 yaralı xəstəxanalara yerləşdirilib, onlardan səkkizinin vəziyyəti ağırdır.

*** 17:36

İsrail Hərbi Hava Qüvvələri Beyruta hava zərbəsi endirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, zərbəni F-35 qırıcısı həyata keçirib. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Livana hücumu təsdiqləyib.

İsrail mediası əməliyyatın hədəfinin Hizbullah rəhbərinin müavini İbrahim Aqil olduğunu bildirib.  Endirilən hava zərbəsi nəticəsində 5 nəfər həyatını itirib. 

***17:21

İsrail Livanın paytaxtı Beyrutu raketlərlə vurub. 

"Unikal" xəbər verir ki,  bu  barədə Livan KİV-ləri məlumat yayıb.

Hücumun təfərrüatları açıqlanmır.