“Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov sabah günorta saatlarında Əhmədli qəbiristanlığında dəfn olunacaq.

"Unikal" xəbər verir ki, bu barədə sabiq sədrin yaxınları "Baku TV"yə bildiriblər. 

***21:02

“Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov 75 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Qeyd edək ki, Tağı Əhmədov 1 fevral 1949-cu ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub.

O, 1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb.

Məlumatı ilk dəfə "Qafqazinfo" xəbər portalı yayıb.