İran prezidenti Məsud Pezeşkian hökumətin iclasında respublikanın paytaxtının köçürülməsi planının hazırlanmasına başlandığını elan edib.

"Unikal" xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb.

Prezidentin sözlərinə görə, o, planın hazırlanması vəzifəsini birinci müavini Məhəmməd Rza Arefiyə verib edib: "Biz ilkin resursları cənubdan gətirməkdə davam etmək istəyirik. Qurudan və dənizdən mərkəzə gətirib məhsula çevirib, sonra ixrac edək. Cənuba göndərsək, bu, ciddi şəkildə dəyərdən düşəcək və rəqabət qabiliyyətimizi aşağı salacaq. Bizim ölkənin iqtisadi və siyasi mərkəzini cənuba və dənizə yaxın yerə köçürməkdən başqa çarəmiz yoxdur". 

Pezeşkian qeyd edib ki, problem həll olunmasa, onlar ekoloji problemlərlə üzləşəcəklər.

Ağarza Elçinoğlu