Ermənistanla Azərbaycan arasında gedən proses dalana dirənməyib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
"Prosesi dalana dirənmiş kimi xarakterizə edə bilmərəm. Gördünüz ki, demarkasiya komitələrinin iclası keçirilib və razılıq var ki, yeni iclas keçirilsin. Münasibətlərin normallaşdırılmasına dair saziş üzrə danışıqlara gəlincə, biz uzun müddətdir ki, Azərbaycan tərəfinin verdiyimiz təkliflərə cavab verəcəyini gözləyirik", - deyə diplomat qeyd edib.
Ağarza Elçinoğlu