Rusiyanın S7 və Red Wings aviaşirkətlərinə məxsus iki təyyarə Barnaul hava limanına yaxınlaşarkən eyni vaxtda qəza siqnalı verib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Məlumata görə, duman səbəbindən təyyarələr Barnaula istiqamətlənib. S7 Airlines reysi Novosibirskə, Red Wings reysi isə Novokuznetskə uçurdu.

Eniş üçün yaxınlaşan zaman hər iki təyyarə yanacaq səviyyəsinin aşağı olduğunu bildirərək beynəlxalq qəza siqnalı elan ediblər. 

Nəticədə hər iki təyyarə təhlükəsiz şəkildə alternativ aerodromda yerə enib. Rosaviasiya hadisəni aviasiya hadisəsi kimi qiymətləndirib və araşdırmaya başlayıb.

Ağarza Elçinoğlu