Donald Tramp və Vladimir Putin mayın 9-da Moskvada İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı tədbirlərdə görüşəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Fransanın “Le Point” jurnalı yazıb.
Jurnalın mənbələrinə görə, mayın 9-da Moskva tribunasında mühüm qonağın – Donald Trampın olacağı gözlənilir.
Bu, Amerika prezidentinin belə bir hadisə üçün Moskvaya ilk səfəri deyil. Soyuq Müharibədən sonrakı detente dövründə Bill Klinton 9 may 1995-ci ildə Boris Yeltsinin dəvətinə cavab vermişdi.