Səhər saatlarında "BMH" MMC-nin müvəqqəti istismarında olan 164 nömrəli marşrut avtobusu güclü külək səbəbindən yoldan çıxaraq çökəkliyə düşüb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.