Gəncədə 35 yaşlı kişi bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü E.İsmayılov bud nahiyəsinin kəsilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib. Onun hansı səbəbdən bıçaqlanması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov