Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçmuş, nəticədə bir nəfər məhkum xəsarət almışdır.

"Unikal"ın əldə etdiyi məlumata görə, müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.