Laçın rayonu Hoçaz kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğının söndürülməsi işləri davam etdirilir.
"Unikal" xəbər verir ki, hadisədən dərhal sonra əraziyə Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi üçün lazımi tədbirlər həyata keçirilir. Hadisə baş verən ərazidən ən son görüntüləri təqdim edirik.
*** 21:58
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
*** 21:19
Laçında meşə yanğını baş verib.
"Unikal" xəbər verir ki, Bəyli kəndi istiqamətində baş verən yanğın böyük ərazilərə yayılıb.
Yanğının söndürülməsi üçün FHN-nin xeyli canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.