ABŞ 150-yə yaxın “kiçik” ölkədən mal idxalına 10-15% rüsum tətbiq etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bunu Ağ Evin rəhbəri Donald Tramp "Real America" telekanalına müsahibəsində deyib.
"Biz qalan 150-yə yaxın kiçik ölkəyə də eyni tarifi tətbiq edəcəyik. Və yəqin ki, 10% və ya 15% olacaq. Biz hələ qərar verməmişik", - Amerika prezidenti bildirib.
Bundan əvvəl Tramp bildirib ki, Vaşinqton BRİKS-in “antiamerikan siyasətlərini” dəstəkləyən ölkələrə qarşı 10%-lik əlavə ticarət tarifləri tətbiq edəcək.
Aprel ayında ABŞ prezidenti 185 ölkə üçün yeni tarif sistemi də tətbiq edib.
Gülayə Mecid