İyulun 23-də axşam İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başa çatıb.
"Unikal" xəbər verir ki, məsləhətləşmələr 40 dəqiqə davam edib. Müzakirə olunan məsələlərin təfərrüatları açıqlanmayıb.
Danışıqlar rus dilində aparılıb. Çərşənbə günü danışıqların davamının olmayacağı vurğulanır.
*** 20:44
İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Bildirilib ki, Türkiyə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Rusiya və Ukrayna nümayəndə heyətləri Ukrayna ilə Rusiya arasında sülh danışıqları üçün İstanbuldakı Çırağan Sarayına gəlib.