Meksikalı narkotik kartelləri "instagram"da rəsmən zənginlik yarışına çıxıblar.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki,  narkobaronların övladları sosial şəbəkədə öz aslanlarlından tutmuş, qalaq-qalaq pullarını, bahalı avtomobillərini, silahlarını nümayiş etdirirlər.

Bunun əsasını isə bir neçə ay öncə həbsxanadan qaçan El Kaponun övladları qoyublar. Onlar öz həyat tərzlərini nümayiş etdirdikən sonra demək olar ki, narkobaronların övladları arasında dəb halını alıb.