Türkiyənin Mersin şəhərində polis avtomobilinin partladılması nəticəsində 12 nəfər yaralanıb.
Unikal.org-un NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Mersin Valiliyindən bildirilib.
Yaralananlar polis əməkdaşlarıdır.
İHA-nın yaydığı məlumatda bildirilir ki, partlayıcı qurğu zibil qutusunda quraşdırılıb. Polis avtomobili zibil qutusunun yanından keçən anda partlayıcı qurğu məsafədən işə salınıb.