Almaniyanın Bavariya torpağının Fürstensell şəhərində qaçqınların yaşadığı düşərgədə kütləvi dava baş verib.

Unikal.org  virtualaz.org-a istinadən xəbər verir ki, yerli polisin press-relizində bildirildiyinə görə, hadisə oktyabrın 14-də baş verib.

Azərbaycandan gəlmiş 30 yaşlı kişi otaq yoldaşlarına bıçaqla zərbələr endirib. Nəticədə, 18 yaşlı efiopiyalı qız və digər qaçqınlar yaralanıb.

Polis azərbaycanlı qaçqını saxlayıb.