Almaniyada xanım siyasətçi qətlə yetirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Azad Demokrat Partiyasının üzvü Cornelia Jehlenin başı kəsilmiş halda cəsədi tapılıb.

Polisin məlumatına görə, Jehlenin maşınında 26 yaşlı sevgilisi və həyat yoldaşının da meyiti aşkar edilib.

İddia edilir ki, siyasətçi xanım və sevgilisi həyat yoldaşı Markus Jehle tərəfindən qətlə yetirilib, sonuncu isə hadisədən sonra intihar edib.