Bakıda marşrut avtobusu ölümlə nəticələnən qəza törədib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu Qum adası qəsəbəsində "Daewoo markalı, 10 TC 464 dövlət nömrə nişanlı marşrut avtobusu yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarət alan 50-55 yaşlı qadın hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.