Çində dəhşətli hadisə baş verib. 

Unikal.org xarici mətbuata istinadəb xəbər verir ki, kəsici alətlə silahlanan şəxs Şandun Elm-Texniki Universitetinin binasına hücum edib.

Hadisə zamanı 1 nəfər ölüb, daha 5 nəfər yaralanıb. Yaralıların hamısı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.  Lakin müəllimin qohumlarından birinin həyatını xilas etmək mümkün olmayıb.

Hücum edənin 49 yaşlı, Çjan soyadlı şəxs olduğu bildirilir. 

Məlumata görə, o əvvəlcə universitetin iki mühafizəçisinə, bir xadiməyə, müəllimə və onun iki yaxın adamına hücum çəkib. 

Hadisə yerinə gələn polis əməkdaşları cinayətkarı tutmağa müvəfəq olub. 

Cinayətin terror və ya divə hansı səbəblərdən baş verməsi araşdırılır. 

İstintaq aparılır.