Acun Ilıcalı və Şeyma Subaşının boşanması Türkiyə Böyük Milllət Məclisində müzakirəyə səbəb olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şeyma Subaşının Acun Ilıcalıdan aylıq 125 bin TL təzminat alması məsələsinə toxunulub. Kahramanmaraş millətvəkili Sefer Aycan Şeymanın alacağı təzminatın böyük hünər kimi danışılmasının cəmiyyətə pis örnək olduğunu deyib: 



"Göz önündə olan şəxslərin boşanması gündəlik seriallardakı kimi göstərilir, təzminat və təfərrüatları böyük həvəslə təqdim edilir. Bu pis bir nümunəsidir. Bununla bağlı RTÜK-ə(Radio və Televiziya Ali Şuras) lazımlı xəbərdarlığı etdik. Buna icazə verilməməlidir.