"Yuventus"un futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodriqeslə birgə Sevilyada təşkil edilən MTV musiqi mükafatlarının mərasimində iştirak edib.
Unikal.org xəbər verir ki, portuqaliyalı hücumçu qırmızı kostyum, ağ idman ayaqqabısında, sevgilisi isə göy rəngli dekolteli geyimi ilə tədbirə qatılıb.
Kriştiano və Corcina mərasim zamanı birgə kameraların önünə keçib.