UNEC-də “Qarabağ müzakirələri”nə start verilir.
Unikal.org xəbər verir ki, noyabrın 16-da keçiriləcək ilk müzakirələr “Ermənistan işğalının Azərbaycana vurduğu zərər: metodologiya və ilkin qiymətləndirmə” mövzusuna həsr olunacaq.
UNEC-in rektoru professor Ədalət Muradovun moderatorluğu ilə keçiriləcək müzakirələrdə millət vəkili Mahir Abbaszadə, Türkiyənin Atatürk Universitetinin professoru Kerem Karabulut, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov və UNEC İAETİ-nun dosenti Fərhad Mikayılov mövzu ilə bağlı təqdimatlarla çıxış edəcəklər.
Müzakirələr saat 11:00-da UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanacaq. İştirakçıların mövzu ilə bağlı sualları məruzəçilər tərəfindən cavablandırılacaq.
Mövzu iə maraqlananları müzakirələrə dəvət edirik. Maraqlı olacaq.