İdmançılar qələbələri ilə yanaşı şəxsi həyatları ilə də daim diqqət mərkəzində olurlar. Ən maraqlı məqam isə idmançıların fərqli millətlərdən olan şəxslərlə münasibətləridir.
Bu hal Azərbaycandakı idmançılar üçün də keçərlidir.
Unikal.org başqa millətlə evli olan Azərbaycan idmançıları barədə məlumatları təqdim edir.
*London Olimpiya oyunlarının bürünc medalçısı, Gənclər arasında dünya (2013) və Avropa çempionu ağır atlet Valentin Xristov azərbaycanlı keçmiş futbolçu Nərgiz Paşayeva adlı xanımla ailəlidir. O, Azərbaycan dilini məhz yoldaşının sayəsində öyrənib. Cütlüyün iki qız övladı var.
*Boks üzrə milli komandamızın kubalı üzvü, Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Lorenzo Sotomayor uzun müddət sevgili olduğu Lətifə adlı xanımla nişanlıdır.
*Boks üzrə milli komandamızın digər kubalı üzvü Olimpiya mükafatçısı, I Avropa Oyunlarının qalibi Alfonso Dominqes də bir müddət öncə azərbaycanlı xanımla nişanlanıb.
*Voleybol üzrə milli komandamızın özbək əsilli üzvü Odina Bayramova Vüqar Bayramovla ailəli olub. O kişilərdən ibarət yığma komandanın üzvü olub. Cütlük 3 ildir rəsmi olaraq ayrılıblar.
*Azərbaycanlı dünya çemponu, "Altın Kurd" ləqəbli kikboksçu Bəhram Rəcəbzadə türkiyəli Nehir Rəcəbzadə ilə ailəlidir. N.Rəcəbzadə də həyat yoldaşı kimi kikboksun tanınmış simalarındadır.
*Hazırda Türkiyədə fəaliyyətini davam etdirən atlet Ramil Quliyev Yekaterina Zavyalova ilə ailəlidir. Bu, dünya çempionu sprinterin ikinci evliliyidir. Ramilin xanımı da özü kimi idmançı və yüngül atletdir. Rusiya idmançısı London-2012 Olimpiya Oyunlarında 800 metr məsafəyə qaçış yarışında gümüş medal qazanıb.
Dünya çempionu Ramil Quliyev ilk evliliyi 28 yaşlı idmançı özündən yeddi yaş kiçik ukraynalı Marqarita Duhina ilə olub.
*Keçmiş azərbaycanlı gimnast Samirə Mustafayeva üç il öncə rusiyalı idmançı və biznesmen Niklə ailə qurub. Cütlük daim açıq-saçıq şəkilləri ilə gündəmə gəlir.