"Ukraynanın müvəqqəti olaraq düşmən tərəfindən işğal olunmuş ərazilərində aqressiv rus təbliğatı tətbiq olunur".
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
"Müvəqqəti olaraq işğal olunmuş ərazilərdə aqressiv Rusiya təbliğatı aktiv fəaliyyətə başlayır. İşğalçılar rusiyayönlü mesajlar yaymaqla yerli əhali ilə razılığa gəlməyə çalışırlar. Eyni zamanda, düşmən Xerson vilayətində müvəqqəti işğal olunmuş yaşayış məntəqələrində “asayişi” qorumaq üçün komendaturalar sistemi yaradaraq, inzibati-polis rejimi tətbiq etməyə çalışır. Hətta bəzi yaşayış məntəqələrində düşmən beynəlxalq humanitar hüququ pozaraq quldurluq edir, mülki şəxsləri girov götürür və edam edir”, - məlumatda deyilir.
Gülayə Mecid