Rusiyada son sutka ərzində daha 23 280 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Operativ Qərargahı məlumat verib.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 17 762 742 nəfərə çatıb.

Son sutka ərzində 338 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 367 351 nəfərə çatıb.