Özünü elan edən Luqansk Xalq Respublikasının (LXR) rəhbəri Leonid Paseçnik bölgədə tezliklə Rusiyaya birləşmək üçün referendumun keçirilməsinə icazə verib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə o, bazar günü, martın 27-də jurnalistlərə müsahibəsində bildirib.
"Hesab edirəm ki, yaxın vaxtlarda respublikada referendum keçiriləcək", - Paseçnik əlavə edib.
Onun sözlərinə görə, referendumda xalq öz konstitusion hüququndan istifadə edə və Rusiyaya birləşmək barədə fikirlərini ifadə edə biləcək: "Nədənsə əminəm ki, məhz belə olacaq".
Ağarza Elçinoğlu