Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının təyyarələri Yəmənin Kamaran adasındakı Mkaram qəsəbəsindəki tibb mərkəzinə hücum edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər veirr ki, zərbələr nəticəsində üçü uşaq olmaqla 6 nəfər yaralanıb, yaşayış binalarına ziyan dəyib.
Qeyd edək ki, Yəməndə 2014-cü ildən bəri husilər və onların tərəfindəki hərbçilərlə hökumət ordusu arasında vətəndaş qarşıdurması var. 2015-ci ildə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hərbi əməliyyatlara başlaması ilə aktiv mərhələyə qədəm qoyub.
Ağarza Elçinoğlu