Ukraynada həlak olan rusiyalı çağırışçıların qohumlarına kompensasiya ödənilmir. Hətta ölən əsgərlərin cəsədləri məhv edilir.
"Unikal" xəbər verir ki, bu barədə rusiyalı hüquqşünas Mark Feyqin məlumat yayıb.
Onun sözlərinə görə, ölənlərin dəfn mərasimini heç kim təşkil etmir - cəsədlər sadəcə yandırılır.
"Rostovda qalıqları yandırmaq üçün demək olar ki, ərimə sobalarından istifadə olunur. Orada müxtəlif fabriklər var və onlar əsgərlərin cəsədlərini həmin fabriklərdə yandırırlar".
Vəkil bildirir ki, Rusiyada heç bir ekspertiza aparmadan cəsədləri sadəcə utilizasiya edirlər.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna hərbçiləri müharibə başlayandan bəri təxminən 16,6 min işğalçını məhv edib. Lakin ruslar 1,5 minə yaxın hərbçisinin öldüyünü təsdiqləyiblər.
Gülayə Mecid