Kolumbiyanın paytaxtı Boqotanın cənubunda polis idarələrinin birində partlayış olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 11 nəfər yaralanıb.
Partlayış zamanı 60-dan çox evin pəncərələrinin şüşələri də sınıb.
Kolumbiya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib və hücumda iştirak edənlərin yerini bildirənlərə 80 min dollar mükafat vəd edib.