Rus işğalçıları bu gün Odessaya iki raket atıblar.
"Unikal" xəbər verir ki, bu barədə Pivden əməliyyat komandanlığının mətbuat katibi Vladislav Nəzərov məlumat verib.
Onun sözlərinə görə, düşmən dənizdən Odessa istiqamətində iki raket atıb və bu raketlər Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən uğurla vurulub.
Nəzərov onu da qeyd edib ki, düşmən sahildə hava kəşfiyyatını həyata keçirməkdə və dinc əhaliyə psixoloji təzyiq göstərməkdə davam edir.