Ukraynanın Çerniqov şəhərində son günlər şəhərə ərzaq və digər yardımların çatdırıla bilməməsi səbəbindən humanitar vəziyyət pisləşib.
"Unikal" xəbər verir ki, bu barədə Çerniqov şəhər şurasının katibi Oleksandr Lomako UAraz telemarafonunun efirində bildirib:
"Düşmən körpünü dağıtdığından şəhərin Kiyevlə əlaqəsi kəsilib. Təxminən iki həftə, bəlkə də daha çox müddətdir ki, şəhərdə işıq, su və isti su yoxdur. Bəzi yerlərdə qaz və rabitə var. Son üç gün ərzində vəziyyət daha da pisləşib. Hazırda şəhərə humanitar və digər malların çatdırılması üçün heç bir yol yoxdur".
Onun sözlərinə görə, şəhər müharibənin ilk həftələrində cəmlənmiş ehtiyatlar hesabına yaşayır.
"Bizim regional hakimiyyət orqanlarımız məsələ üzərində işləyir. Çerniqov vilayəti həmişə partizan şəhəri olub. Ona görə də düşünürəm ki, biz yollar tapa biləcəyik"-deyə Lomako son vəziyyəti şərh edib.
Ramil Yaquboğlu