Ötən gün Rusiya ordusu Ukrayna ərazisinə eyni vaxtda rekord sayda raket atıb.
"Unikal" xəbər verir ki, bu barədə "The Insider" nəşri məlumat yayıb.
Nəşr, xüsusən də Qara dəniz donanmasının gəmilərindən 52, azı 18 raketin isə Belarus ərazisindən atıldığını bildirir.
Eyni zamanda, nəşrin hesablamalarına görə, bu raketlərin ümumi dəyəri birbaşa istehsal xərcləri ilə 340 milyon dolları ötür.
Bununla yanaşı, Ukraynanın hava hücumundan müdafiəsi vurulan hədəflərə görə də rekord vurub. Belə ki, Rusiya tərəfindən atılan ən azı 70 raketdən yalnız 8-i hədəfə çatıb, qalanları isə səmada məhv edilib.
Ramil Yaquboğlu