"Ukrayna qoşunları Xarkov, Sumıda əks-hücum əməliyyatına başlayıb, həmçinin Kiyev və Xerson vilayətlərində də bunu davam etdirir".
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksiy Aretoviç martın 27-də Rusiyanın hücumu ilə bağlı yaranmış vəziyyətlə əlaqədar keçirdiyi brifinqdə deyib.
Eyni zamanda, Arestoviç növbəti iki həftənin "qeyri-bərabər" olacağını da xəbərdar edib:
“Bəzi mövqelərdə qalib gəlməyimiz və əks-hücum barədə məlumatlar olacaq. İkincisi, cəbhənin bəzi istiqamətlərində, xüsusən Şərqdə vəziyyətin çətin olması barədə xəbərlər veriləcək. Və bunun üçün emosional, təşkilati və şüurlu şəkildə hazırlanmaq lazımdır”.