Rusiya Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən (AEBA) çıxarıla bilər.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna energetika nazirinin müşaviri Yelena Zerkal məlumat verib.
O bildirib ki, Ukrayna tərəfdaşları ilə birlikdə bu məsələ üzərində işləyir.
Müşavir qeyd edib ki, Rusiya təmsilçilərini AEBA Katibliyindəki əsas vəzifələrdən uzaqlaşdırmağa çalışacaqlar.