"Ukraynada vəziyyətin nizamlanması üçün Rusiya ilə dialoqu davam etdirməliyik".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
"Hamı Rusiya ilə körpüləri yandırsa, axırda kim onlarla danışacaq? Ukraynalılar hər cür dəstəyi almalıdırlar ki, özlərini qoruya bilsinlər. Amma Rusiyanın arqumenti eşidilməlidir", - deyə İ.Kalın bildirib.